Şirkətin menecerlərindən biri olan Ronald Stofirli (Ronald Stoeferle) bildirib ki, aşağı və ya mənfi faiz siyasəti ilə mərkəzi bankların monetar ekspansiya proqramları çərçivəsində istiqraz alışı dünya iqtisadiyyatını canlandırmağa müvəffəq ola bilməyib. Neft qiymətlərinin artmağa başlaması isə inflyasiyanın yaxın gələcəkdə artmasına səbəb ola bilər. "İnflyasiya arta bilər, bu səbəbdən qızıl ən yaxşı yatırım hesab olunacaq. Mövcud monetar siyasət dünyada davam etdikcə, qızıla investisiya yatırmaq məntiqlidir", - deyə R.Stofirli əlavə edib.
Ekspert qızılın qiymətinin 2016-cı ildə 1 365 dollar/unsiyaya qədər, 2018-ci ildə isə 2 000 dollar/unsiyaya qədər atraraq rekordu yeniləyə biləcəyini bildirib. Xatırladaq ki, qızılın qiyməti 2011-ci ildə 1 921,17 dollar/unsiyaya çataraq tarixi rekord müəyyənləşdirib.