ABŞ-ın cənub-şərqində "Metyu" qasırğasından ölənlərin sayı 38-ə çatıb.

Trend "RİA Novosti"-yə istinadən xəbər verir ki, qasırğanın sonuncu qurbanları Şimali Karolina sakinləridir. Burada təbii fəlakətdən 19 nəfər həyatını itirib.

"Metyu" qasırğası Atlantik okeanında 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğadır. Qasırğa Haitidə 1000-ə yaxın insanın həyatına son qoyub.

Milli.Az