Vəba Haitidə 70 nəfərin həyatına son qoydu

Vəba Haitidə 70  nəfərin həyatına son qoydu
04:59 13 Oktyabr 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

Haitidə baş verən “Metyu” qasırğasından sonra 70 nəfər vəba xəstəliyindən ölüb.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Haiti hökumətinin nümayəndəsi bildirib.

 

Onun sözlərinə görə, hazırda əsas vəzifə zərərçəkənlərə yardım göstərilməsi və epidemiyanın qarşısının alınmasıdır.

 

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən, Haitinin qasırğadan ən çox əziyyət çəkmiş iki departamentində 201 nəfər vəba xəstəliyinə yoluxub.

 

Xatırladaq ki, 2014-cü ildə baş verən zəlzələdən sonra Haitidə vəba epidemiyası 132 nəfərin həyatına son qoymuşdu.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256388

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR