Haitidə vəba yayılır

Haitidə vəba yayılır
08:52 13 Oktyabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

Haitidə baş verən "Metyu" qasırğasından sonra 70 nəfər vəba xəstəliyindən ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Haiti hökumətinin nümayəndəsi bildirib.
 
Onun sözlərinə görə, hazırda əsas vəzifə zərərçəkənlərə yardım göstərilməsi və epidemiyanın qarşısının alınmasıdır.
 
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına əsasən, Haitinin qasırğadan ən çox əziyyət çəkmiş iki departamentində 201 nəfər vəba xəstəliyinə yoluxub.
 
Xatırladaq ki, 2014-cü ildə baş verən zəlzələdən sonra Haitidə vəba epidemiyası 132 nəfərin həyatına son qoymuşdu.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR