"PAŞA Bank" qızıl istehsalçısına 1 mln. dollara yaxın borc verib

"PAŞA Bank" qızıl istehsalçısına 1 mln. dollara yaxın borc verib
11:07 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanda qızıl, gümüş, mis hasilatı ilə məşğul olan "Anglo-Asian Mining" şirkətinin xalis borcu III rübdə 7,6% azalaraq sentyabrın 1-i vəziyyətinə 37,7 mln. ABŞ dolları təşkil edib.
"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, bu müddətdə şirkətin Azərbaycan Beynəlxalq Bankına (ABB) borcu 24% azalaraq 8,7 mln. dollar təşkil edib. "Anglo-Asian Mining" şirkətinin "YapıKredi Bank"a borcu III rübdə 0,5 mln. dollar azalaraq sentyabrın 1-nə 0,9 mln. dollara enib.
Şirkətin "PAŞA Bank" ASC-yə borcu isə 0,9 mln. dollar artaraq 3,3 mln. dollardan 4,2 mln. dollara yüksəlib.
Bu ilin sentybarın 1-nə şirkətin borcunun strukturu aşağıdakı kimi olub:
Kreditorlar Borc (mln. dollar) Amsterdam Trade Bank (agitation plant loan) 19,7 International Bank of Azerbaijan (loan) 8,2 International Bank of Azerbaijan
(letter of credit financing) 0,5 Atlas Copco (equipment finance loan) 1,0 YapiKredi Bank 0,9 PASHA Bank 4,2 Director 3,9 Total Loans 38,4 Cash on hand and at bank (0,7) Net debt 37.7
Xatırladaq ki, “Gədəbəy” yatağında qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış Hasilatın Pay Bölgüsü (PSA - Production Sharing Agreement) müqaviləsi çərçivəsində hasil olunur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. “Gədəbəy” yatağında ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə başlanılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/pasa-bank-qizil-istehsalcisina-borc-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR