Çexiya yığmasının baş məşqçisi: "Əsas məqsədimiz qələbə qazanmaqdır"

Çexiya yığmasının baş məşqçisi: "Əsas məqsədimiz qələbə qazanmaqdır"
14:27 14 Oktyabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Bizim üçün əsas olan noyabrda Norveçlə keçiriləcək oyunda qələbə qazanmaq, qol vurmaqdır". 
"Report"un məlumatına görə, bunu 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.
Azərbaycanla Ostravada baş tutmuş görüşdən (0:0) danışan Yarolim qrupdakı mövqelərinə görə təəssüf hissi keçirdiyini bildirib: "Azərbaycanla oyuna yaxşı başlamadıq. Bu amil oyunun qalan dəqiqələri üçün vacibdir. Matçın video yazısını izlədim. Bir sıra səhvlərimiz olub və qol imkanlarından yararlana bilməmişik. Futbolçu təkbətək epizodlarda daha cəsarətli olmalıdır. Bütün futbolçularıma demişəm ki, individual oyun üzərində klublarında işləsinlər. Dəyişməliyik, heç bir məqsəd olmadan qələbə qazana bilmərik".
Qeyd edək ki, Çexiya yığması 2 xalla C qrupunun 5-ci pilləsində qərarlaşıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR