Daha iki xidmətin əməkdaşlarına dövlət qulluqçusu statusu verildi

Daha iki xidmətin əməkdaşlarına dövlət qulluqçusu statusu verildi
14:32 14 Oktyabr 2016
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidmətinin (XKX) əməkdaşlarına dövlət qulluqçusu statusu verilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, DTX və XKX-də qulluq dövlət qulluğunun xüsusi növü hesab ediləcək.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/479367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR