Dünya futbolunda bir çox futbolçular var ki, adları ilə yanaşı, maraqlı ləqəbləri ilə də tanınırlar. Milyonların sevimlisi olan bu idman növünün gəlmiş-keçmiş ən yaxşı oyunçuları arasında da belələri kifayət qədərdir.

Milli.Az apasport.az-a istinadən ləqəbləri də ən az adları qədər məşhur olan futbolçulardan bəzilərini təqdim edir.

8. Civanildo Vieyra de Souza: Halk

"Qarderob", "Qəssab", "Sehrbaz" və "Kor venesiyalı" - ən qəribə futbolçu ləqəbləri - FOTOlar

"Zenit"də çıxış edən braziliyalı ulduz ləqəbini formasında daşıyanlardandır. Qolçu oyunçu fiziki görkəmi ilə yanaşı sifət cizgiləri ilə də "Yaşıl Div" filmində Halk xarakterini canlandıran aktyor Lou Ferriqona bənzədiyi üçün bu ləqəbi alıb.

7. Serxio Aquero: Kun

"Qarderob", "Qəssab", "Sehrbaz" və "Kor venesiyalı" - ən qəribə futbolçu ləqəbləri - FOTOlar

Aqueroya bu ləqəbi qardaşları veriblər. Belə ki, ulduz futbolçunu uşaq vaxtı davamlı gülümsəyən yapon cizgi film qəhrəmanı "Kum-Kum"a bənzədən qardaşlar onu Kun adlandırıblar. O da Halk kimi ləqəbini formasında daşımağı sevir.

6. Papa Bouba Diop: Qarderob

"Qarderob", "Qəssab", "Sehrbaz" və "Kor venesiyalı" - ən qəribə futbolçu ləqəbləri - FOTOlar

"Fulhem", "Vest Hem", "Lans", AEK kimi komandalarda çıxış etmiş seneqallı yarımmüdafiəçi 195 sm boyu və enli çiyinləri ilə "Qarderob" ləqəbini alıb.

5. Massimo Taibi - Kor venesiyalı

"Qarderob", "Qəssab", "Sehrbaz" və "Kor venesiyalı" - ən qəribə futbolçu ləqəbləri - FOTOlar

"Mançester Yunayted"in Peter Şmeyxelin yerinə transfer etdiyi qapıçı yol verdiyi ardıcıl xətaların ardından azarkeşlər tərəfindən bu ləqəbə layiq görülmüşdü. Klubda sadəcə 4 oyunda meydana çıxan Taibi bütün uğursuzluqlarına rəğmən düz 39 yaşına qədər karyerasını davam etdirmişdi.

4. Conatan Vudqeyt: Qazma

"Qarderob", "Qəssab", "Sehrbaz" və "Kor venesiyalı" - ən qəribə futbolçu ləqəbləri - FOTOlar

Karyerasına "Lids"də başlayan və bir dönəmlər "Real"da da oynamış ingilis oyunçu əsasən də İngiltərədə çıxış edərkən yol verdiyi xətalar səbəbindən azarkeşlər tərəfindən bu ləqəbə layiq görülmüşdü.

3. Andoni Cokoçea: Bilbao qəssabı

"Qarderob", "Qəssab", "Sehrbaz" və "Kor venesiyalı" - ən qəribə futbolçu ləqəbləri - FOTOlar

"Barselona" - "Atletik" oyununda Maradonaya qarşı etdiyi kobudluqdan sonra bu ləqəbi alan müdafiəçi sərt çıxışı ilə tanınıb.

2. Harri Kyuell: Oz sehrbazı

"Qarderob", "Qəssab", "Sehrbaz" və "Kor venesiyalı" - ən qəribə futbolçu ləqəbləri - FOTOlar

Avstraliyalı oyunçu meydançada etdiyi inanılmaz hərəkətlərə görə 1939-cu ildə çəkilmiş məşhur filmdən təsirlənərək azarkeşlər tərəfindən "Oz sehrbazı" ləqəbi ilə "təltif edilmişdi".

1. Denis Berqkamp - Uçmayan holland

"Qarderob", "Qəssab", "Sehrbaz" və "Kor venesiyalı" - ən qəribə futbolçu ləqəbləri - FOTOlar

"Arsenal"dakı çıxışları ilə yaddaşlarda qalan unudulmaz futbolçu təyyarə qorxusu olduğu üçün bu ləqəbi alıb.

Milli.Az