Azərbaycanda kart təhlükəsizliyinin artırılması üzrə tövsiyələr hazırlanıb

Azərbaycanda kart təhlükəsizliyinin artırılması üzrə tövsiyələr hazırlanıb
18:22 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Mərkəzi Bankda Ödəniş kartları ilə fırıldaqçılıq sahəsində risklərin idarə olunması üzrə işçi qrupunun növbəti görüşü keçirilib.
"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, işçi qrupunun görüşünə dəvət olunmuş “Mastercard Worldwide” beynəlxalq kart təşkilatının ödəniş kartları üzrə risklər sahəsində biznes lideri Cem Kibaroğlu çıxış edərək, beynəlxalq təcrübədə fırıldaqçılıq sahəsində son tendensiyalar və onlara qarşı preventiv mübarizə tədbirləri barədə ətraflı məlumat və müvafiq tövsiyələr verib.
Ümumiyyətlə, ötən dövr ərzində işçi qrupu tərəfindən bankların aidiyyəti mütəxəssisləri üçün beynəlxalq kart təşkilatları ilə birlikdə risklərin idarə olunması, elektron ödənişlərdə kibercinayətkarlıq hallarının aradan qaldırılması istiqamətində bir sıra seminarlar keçirilib, müxtəlif normativ hüquqi aktların müzakirəsi, kart təhlükəsizliyinin artırılması üzrə tövsiyələr hazırlanıb və digər tədbirlər həyata keçirilib.
İşçi qrupu Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, ölkənin bir sıra kommersiya bankları, prosessinq xidmət mərkəzləri və hüquq mühafizə orqanlarının ekspertlərindən ibarətdir. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/kart-tehlukesizliyinin-artirilmasi-uzre-tovsiyeler-hazirlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR