ABŞ-da "Metyu" 43 nəfəri öldürdü

ABŞ-da "Metyu" 43 nəfəri öldürdü
23:57 15 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da "Metyu" qasırğasından ölənlərin sayı 43 nəfərə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Associated Press" məlumat verib.
Məlumata görə, Şimali Karolina ştatının qubernatoru Pet Makrori bildirib ki, su axınları ilə aparılmış avtomobildə 2 nəfərin meyiti tapılıb. Bu ştatda təbii fəlakətdən ölənlərin sayı 26 nəfərə çatıb.
Qeyd edək ki, "Metyu" qasırğası Atlantik okeanında 2007-ci ildən bu günə qeydə alınan ən güclü qasırğadır. Təbii fəlakət Haitidə 470 nəfərin ölümünə səbəb olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR