Türkiyənin Ərzurum şəhərində ibtidai məktəbdə çalışan 52 yaşlı müəllim A.K.-nın 5-ci sinif şagirdlərinə - 10 qız və 1 oğlana cinsi təcavüz etdiyi iddia olunur.
Publika.az xəbər verir ki, barəsində 265 ilə qədər həbs cəzası istənilən müəllim şagirdlərin şikayətindən sonra saxlanılıb.
Olayla bağlı şagirdlər polisə ifadə verib. Qız şagirdlərdən biri "Davamlı olaraq, dodaqlarımızdan öpürdü. O qədər çox iyrənməyə başlamışdıq ki, bizi öpəndən sonra dərhal dodaqlarımızı yuyurduq". (teleqraf.com)