Azərbaycanın peykindən fövqəladə vəziyyətlərdə istifadə olunacaq

Azərbaycanın peykindən fövqəladə vəziyyətlərdə istifadə olunacaq
09:23 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanın "Azerspace-1" geostasionar peykinin resurslarından fövqəladə vəziyyətlərdə istifadə olunacaq.

Bu barədə Trend-ə ölkənin İT bazarındakı mənbə deyib.

Mənbənin verdiyi məlumata görə, yaxın zamanlarda Fövqəladə Hallar Nazirliyi "Azerspace-1" peykindən siqnalları qəbul edən peyk antenası ilə təchiz olunmuş avtomobillər alacaq.

Mənbə bildirib ki, avtomobil bütün peyk əlaqələri ilə təmin olunacaq: "Layihə pilot layihədir və təqimatı yaxın zamanlarda baş tutacaq".

Azərbaycanın ilk geostasionar peyki "Azerspace-1" orbitə 2013-cü ilin fevralında buraxılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR