Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Maldiv arasında siyasi, iqtisadi və turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.
Onlar beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığa toxunan tərəflər seçkili orqanlarda namizədliklərin dəstəklənməsinə dair fikir mübadiləsi aparıblar.
XİN başçıları görüşdə eləcə də İƏT-in Xarici İşlər Nazirləri Şurasının gündəliyi və qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.