Elmar Məmmədyarov maldivli həmkarı ilə beynəlxalq təşkilatlarda əməkdaşlığı müzakirə edib

Elmar Məmmədyarov maldivli həmkarı ilə beynəlxalq təşkilatlarda əməkdaşlığı müzakirə edib
14:47 18 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri şurasının 43-cü iclasında iştirak etmək məqsədilə Daşkənddə işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Maldivin xarici işlər naziri Məhəmməd Asim ilə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, XİN-dən verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Maldiv arasında siyasi, iqtisadi və turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığa toxunan tərəflər seçkili orqanlarda namizədliklərin dəstəklənməsinə dair fikir mübadiləsi aparıblar.

Görüşdə tərəf-müqabilləri eləcə də İƏT-in xarici işlər nazirləri şurasının gündəliyi və qarşılıqlı maraq doğuran regional məsələlər barədə söhbət aparıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/480724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR