Binəqədidə növbəti xilasetmə əməliyyatı: 8 aylıq körpə və ailəsi təxliyə edildi

Binəqədidə növbəti xilasetmə əməliyyatı: 8 aylıq körpə və ailəsi təxliyə edildi
17:39 18 Oktyabr 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri Binəqədi rayonu  Rəsulzadə qəsəbəsi Yeni Yaşayış massivində fərdi yaşayış evlərinin həyətinə yağış sularının yığılması nəticəsində biri uşaq olmaqla 2 nəfərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
Əraziyə APA TV-nin çəkiliş qrupu da yollanıb. Əməkdaşlarımız Rəsulzadə qəsəbəsindən hadisə yerinə getmək üçün yük maşınına minməli olub.
 
Kiçik həcmli maşınlar, demək olar, bu əraziyə gəlmirdilər. Yağış suları evlərə daxil olduğundan, bəzi sakinlər mənzillərini tərk edirdilər.
 
Kanalizasiya borularının tutulması Yeni Yaşayış massivində ərzaq problemi də yaradıb. Kiçik dükanlara, marketlərə su dolduğundan, iaşə obyektləri bağlanıb. Biz hadisə yerinə çatanda Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları bir ailəni su ilə dolu olan evdən çıxara bilmişdi. Sakinləri və qonşuları isə dünən günorta saatlarından valideynləri ilə evdə qalan 8 aylıq körpənin taleyi maraqlandırırdı. Onların sözlərinə görə, dünən yağan yağış nəticəsində Məmmədovlar ailəsinin evində suyun hündürlüyü 80 sm-i keçmişdi: "Dünəndən qalıblar evdə. Uşaq 8 aylıqdır, ərzaqları qurtardığından çıxmaq məcburiyyətində qalıblar".
 
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qrup rəisi Əzizov intensiv yağan yağışlar nəticəsində gücləndirilmiş iş rejiminə keçdiklərini bildirib. Onun sözlərinə görə, artıq 48 saatdır fərdi evlərdə xilasetmə əməliyyatı aparılır. 100 nəfərdən artıq vətəndaş təxliyə olunub. Onların arasında qadınlar, uşaqlar və yaşlılar çoxluq təşkil edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR