Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakıda şirkət müdirinə qarşı dələduzluq edilib.
"Report"un məlumatına görə, "Consol Group" havalandırma sistemləri şirkətinin müdiri 1983-cü il təvəllüdlü Ceyhun Cəfərov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, bu il avqustun 28-də 1984-cü il təvəllüdlü Rəşad Xələfov şirkətdən 15 min 211 manat dəyərində avadanlıq alıb, lakin pulunu ödəməyib.
Faktla bağlı müvafiq axtarış tədbirləri keçirilir.