"Yaprak dökümü"nün "Ali Rza bəy"i Halil Ergün müğənni Selda Bağcanın konsertində iştirak edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, məşhur aktyor jurnalistlərin bir neçə sualını da cavablandırıb. O, bir müddət əvvəl dünyasını dəyişən həmkarı Tarık Akanla küsülü olması barədə suala belə cavab verib:
"O, mənim 40 illik dostum idi. Danışıb, halallaşmışdıq. Amma mənə qarşı səhv etmişdilər. Bilib-bilmədən haqqımda səhv fikirlər səsləndirmişdilər".
Qeyd edək ki, H.Ergün seçkilərdə "AK Parti"yə səs verdiyini açıqlayandan sonra T.Akanla araları dəymişdi. T.Akan Türkiyədə müxalif fikirlərinə görə seçilən məşhurlarımızdandır.
Milli.Az