"Qəbələ" və "Qarabağ" Avropa Liqasında növbəti oyunlarını keçirəcək

"Qəbələ" və "Qarabağ" Avropa Liqasında növbəti oyunlarını keçirəcək
07:02 20 Oktyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində çıxış edən Azərbaycanın "Qəbələ" və "Qarabağ" klubları növbəti oyunlarını keçirəcəklər.
"Report"un məlumatına görə, "Qəbələ" evdə, "Qarabağ" isə səfərdə meydana çıxacaq.
C qrupunda mübarizə aparan "Qəbələ"nin rəqibi Fransa "Sent-Etyen"i olacaq. "Qırmızı-qaralar" səfər görüşündə qələbə qaznacaqları təqdirdə qrupdakı vəziyyətini bir az yaxşılaşdıraraq 3-cü pilləyə yüksələcək. Məğlubiyyət isə Roman Qriqorçukun rəhbərlik etdiyi komandanın qrupdan çıxmaq şanslarını xeyli azaldacaq. "Qəbələ" qrupda keçirdiyi iki oyunda məğlub olub. İlk oilaraq Belçikada "naderlext"ə 1:3 hesabı ilə uduzan komanda Bakıda Almaniya "Maynts"ı ilə görüşdən də 2:3 hesablı məğlubiyyətlə ayrılıb.
"Qarabağ" isə Bakıda Yunanıstan PAOK-unu sınağa çəkəcək. J qrupunda çıxış edən "Qarabağ"ın vəziyyəti "Qəbələ" ilə müqayisədə daha ümidvericidir. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ev oyunundan 3 xalla ayrılacağı təqdirdə PAOK-la eyni - 4 xala sahib olacaq. Bu isə İtaliya "Fiorentina"sı və Çexiya "Slovan"ı ilə oyunun nəticəsindən asılı olaraq "Qarabağ"ın ikinci pilləyə yüksəlməsi deməkdir. İlk oyunda Bakıda "Slovan"la sülh bağlayan (2:2) "köhlən atlar" İtaliya səfərindən 1:5 hesablı məğlubiyyətlə ayrılıb.
Avropa Liqası, qrup mərhələsi, III tur
20 oktyabr
21:00. "Qarabağ" (Azərbaycan) - PAOK (Yunanıstan)
Baş hakim: Alon Yefet
Yan xətt hakimləri: Danni Krasikov, Nissan Davidi
Əlavə köməkçi hakimlər: Roy Reynşreyber, Ziv Adler
Dördüncü hakim: Kiril Balikin (hamısı İsrail)
Hakim inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Rudolfe Mannaerts (Belçika)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
Xal durumu: "Fiorentina" - 4. PAOK - 4. "Slovan" - 1. "Qarabağ" - 1.
23:05. "Sent-Etyen" (Fransa) - "Qəbələ" (Azərbaycan)
Baş hakim: Ali Palabıyık
Yan xətt hakimləri: Cem Satman, Ekrem Kan
Əlavə köməkçi hakimlər: Alper Ulusoy, Volkan Bayarslan
Dördüncü hakim: Ceyhun Sesiguzel (hamısı Türkiyə)
Hakim inspektor: Laszlo Vaqner (Macarıstan)
UEFA nümayəndəsi: Yakob Erel (İsrail)
Sent-Etyen. Joffrua Qişar Stadionu
Xal durumu: "Maynts" - 4. "Anderlext" - 4. "Sent-Etyen" - 2. "Qəbələ" - 0.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qebele-ve-qarabag-avropa-liqasinda-novbeti-oyunlarini-kecirece

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR