"Beşiktaş"dan qələbə, "Barselona" Qvardiolanı məyus yola saldı - YENİLƏNİB

"Beşiktaş"dan qələbə, "Barselona" Qvardiolanı məyus yola saldı - YENİLƏNİB
07:32 20 Oktyabr 2016
126 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasında III tura yekun vurulub. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə A, B, C və D qruplarında III turun oyunları keçirilib.
 
A qrupunda "Arsenal"ın "Ludoqorets"i darmadağın edib. PSJ də "Bazel"lə oyunda çətinliklə üzləşməyib - 2:0.
 
Türkiyənin ÇL-dəki yeganə təmsilçisi olan "Beşiktaş"ı ağır İtaliya səfərində qələbə qazanmağı bacarıb. Qrupun digər görüşündə Kiyev "Dinamo"su "Benfika"ya uduzub.  
 
Turun mərkəzi qarşılaşması C qrupunda baş tutub. Belə ki, itkisiz irəliləyən "Barselona" öz meydanında "Mançester Siti" ilə üz-üzə gəlib. Bu isə o deməkdi ki, "şəhərlilər"in çalışdırıcısı Xosep Qvardiola yenidən rəqib qismində "Nou Kamp"a ayaq basıb. Ancaq sonluq heç də Xosep üçün xoş olmayıb. Belə ki, "Barselona" keçmiş məşqçisini 4 qolla boynubükük yola salıb.
 
D qrupunun lideri "Atletiko" səfərdə "Rostov"a qalib gəlib - 1:0. "Bavariya" öz meydanında "PSV Eyndhoven"i darmadağın edib - 4:1.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, III tur

19 oktyabr

A qrupu

"Arsenal" (İngiltərə) - "Ludoqorets" (Bolqarıstan) - 6:0

Qollar: Aleksis, 12, Uollkot, 42, Çemberleyn, 48, Məsut, 56, 83, 87

PSJ (Fransa) - "Bazel" (İsveçrə) - 3:0

Qollar: Di Maria, 40, Lukas, 62, Kavani, 90+3 (pen.)

1.

Arsenal

3

2

1

0

9:1

7

2.

PSJ

3

2

1

0

7:2

7

3.

Bazel

3

0

1

2

1:6

1

4.

Ludoqorets

3

0

1

2

2:10

1

B qrupu

"Napoli" (İtaliya) - "Beşiktaş" (Türkiyə) - 2:3

Qollar: Mertens, 30, Qabbiaddini, 69 - Adriano, 13, Abubakar, 38, 86

"Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya) - 0:2

Qollar: Salvio, 9 (pen.), Çervi, 55

1.

Napoli

3

2

0

1

8:6

6

2.

Beşiktaş

3

1

2

0

5:4

5

3.

Benfika

3

1

1

1

5:5

4

4.

Dinamo Kiyev

3

0

1

2

2:5

1

C qrupu

"Seltik" (Şotlandiya) - "Borussiya" (Mönhenqladbax, Almaniya) - 0:2

Qollar: Stindl, 57, Haan, 77

"Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 4:0

Qollar: Messi, 17, 61, 69, Neymar, 89

1.

Barselona

3

3

0

0

13:1

9

2.

Mançester Siti

3

1

1

1

7:7

4

3.

Borussiya M.

3

1

0

2

3:6

3

4.

Seltik

3

0

1

2

3:12

1

D qrupu

"Rostov" (Rusiya) - "Atletiko" (İspaniya) - 0:1

Qol: Karrasko, 62

"Bavariya" (Almaniya) - "PSV Eyndhoven" (Hollandiya) - 4:1

Qollar: Müller, 13, Kimmix, 21, Levandovski, 51, Robben, 84 - Narsinq, 41

1.

Atl. Madrid

3

3

0

0

3:0

9

2.

Bayern

3

2

0

1

9:2

6

3.

PSV

3

0

1

2

3:7

1

4.

FK Rostov

3

0

1

2

2:8

1

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR