Elnarə Səidə Sultanı “yerinə otuzdurdu” - QALMAQAL

Elnarə Səidə Sultanı “yerinə otuzdurdu” - QALMAQAL
11:18 20 Oktyabr 2016
3874 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Elnarə Xəlilova ilə Səidə Sultan arasında qalmaqal getdikcə dərinləşir.

Publika.az xəbər verir ki, S.Sultanın ad çəkmədən sosial şəbəkədə yazdığı kəskin fikirlərin Elnarəyə aid olduğu deyilir. Səbəb də Elnarənin Səidəyə musiqi öyrətməsi barədə səsləndirdiyi fikirlər olub.

Elnarə Səidə ilə aralarında yaranan qalmaqala aydınlıq gətirib. Səidənin “W-trio” qrupuna gəlməsindən danışan Elnarə onu qrupa gətirdiyini təsdiq edəcək şəxsin də olduğunu əlavə edib. O, müəllimi və “W-trio”nun yaradıcısı, bəstəkar Vaqif Gərayzadənin tapşırığı ilə heyətə yeni üzvün tapılmasını Elnarəyə həvalə etdiyini deyir: “Kimin yalan - kimin gerçək dediyini yalnız bir insan sübut edə bilər. O da Vaqif Gərayzadədir. Röya qrupdan gedəndə məhz o, mənə tapşırdı ki, Röyanın yerinə adam tapım və hazırlayım. Mən də Azərbaycanda keçirilən müsabiqələri araşdırmağa başladım. Tembr baxımından da maksimum Röyanın səsinə yaxın qız olmalı idi”.

“Bakı Payızı” müsabiqəsinə gələn Elnarə Səidəni ilk dəfə orada dinlədiyini deyir. Onunla tanış olaraq V. Gərayzadənin yanına aparır: “Ona yaxınlaşdım və bizim qrupda çalışmaq təklifini etdim. Bir yerdə Vaqif müəllimin yanına getdik, onları tanış etdim. Vaqif müəllim onu dinlədi və qrupa götürdü. Mənə də ona qrupun repertuarını öyrətməyi tapşırdı. İki ay sərasər Səidə ilə məşğul oldum, onu qrupa hazırladım. Yenə də deyirəm, halal xoşu. Ondan sonra Səidə “W-trio”da oxumağa başladı. Yalan ayaq tutar, amma yeriməz. Əgər mənə inanmırsınızsa, gedin Vaqif müəllimdən soruşun. Bu qədər. Burada da bu münaqişəyə son qoyulmasını və bir daha adımın Səidə ilə yanaşı hallanmasını istəmirəm. Allah hamının ürəyinə görə versin və verir də”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/172837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR