Səidədən Elnarəyə: "Artıq danışanın başını üzərəm"

Səidədən Elnarəyə:  "Artıq danışanın başını üzərəm"
14:51 20 Oktyabr 2016
457 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Səidə Sultanla Elnarə Xəlilova arasındakı qalamqal daha da böyüyüb.

Axşam.az-ın məlumatına görə, E.Xəlilova açıqlama verərək Səidəni “W-trio” qrupuna onun gətirdiyini bildirib.

S.Sultan qarşı tərəfin sözlərinə etirazını bildirib. O, E.Xəlilova ilə adının hallanmasını istəməyib:

“Bezdim mənasız söz-söhbətlərdən. Ay Elnarə, adımın sənlə hallanması üçün ürəyim getmir. Nəzərinə çatdırım ki, danışan, adımı çəkən sənsən. Deyirsən, mənə sən yaxınlaşıb, təklif etmisən? Yəqin bilirsən ki, sizin rəhbəriniz Vaqif Gərayzadə olub. O kişinin razılığı olmadan sən özbaşına hərəkət edə bilməzdin. Nəinki sən, heç biriniz. Bizə də gələn yəqin Röyanın ruhu idi. Məntiqlə danışaq, əgər mən “W-trio”a gəlirəmsə, qrupun repertuarını öyrənməliydim. İndi o mahnıların sözlərini mənə vermisən deyə, deməkdir ki, əlimdən tutub səhnəyə gətirmisən? Ya da mənə oxumaq öyrətmisən? Nəzərinə çatdırım ki, mən solo karyeradan başlamışam. 17 yaşım olanda Heydər Əliyev Sarayında məhz bəstəkar Esmiraldanın mənə yazdığı “Gecə yarısı” adlı mahnını oxumuşam. Mən sizin üçün yerdən çıxma müğənni deyiləm ki, çıxıb deyirsən "Səidəni mən gətirmişəm". Nəinki sən, başqası da artıq danışsa başını üzərəm. Adımı çəkmə, çəkməyim. Artıq danışma, danışmayım. Hər kəs gedib öz işi ilə məşğul olsun. Bil nə danışır, kimə sataşırsan. Özünü karifey hesab etmə”.

Qeyd edək ki, E.Xəlilova "5/5" verilişində qonaq olarkən S.Sultana oxumağı onun öyrətdiyini deyib. İfaçı daha sonra həmkarı ilə bağlı belə açıqlama yayıb:

"Kimin yalan, kimin gerçək dediyini yalnız Vaqif Gərayzadə bilir. Röya qrupdan gedəndə məhz o, mənə tapşırdı ki, yerinə adam tapım və hazırlayım. Mən də Azərbaycanda keçirilən müsabiqələri araşdırmağa başladım. “Bakı Payızı” müsabiqəsinə gələn Səidəni dinlədim. Onunla birlikdə Vaqif müəllimin yanına getdik, onları tanış etdim. Sonra iki ay Səidə ilə məşğul oldum, onu qrupa hazırladım".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59608

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR