Kərbəla şəhidlərinin bədənini kim dəfn etmişdir?

Kərbəla şəhidlərinin bədənini kim dəfn etmişdir?
21:22 20 Oktyabr 2016
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Kərbəla şəhidlərinin dəfn olunması ilə bağlı tarixdə iki nəzər mövcuddur.

Birinci nəzərə görə İmam Səccad (ə) qeyri-adi bir şəkildə Kərbəlaya gəlmiş və Kərbəla şəhidlərini, xüsusilə də İmam Hüseynin (ə) mübarək bədənini dəfn etmişdir. Həzrət Peyğəmbər (s), Məsumlar (ə) və mələklər də orada olmuşdur.
İmam Sadiq (ə) buyurur: "Bir gün Ümmi-Sələmə ağlar şəkildə yuxudan qalxdı və ondan soruşdular ki, niyə ağlayırsan. Dedi: "Övladım Hüseyn (ə) dünən qətl edilmişdir. Çünki Peyğəmbəri (s) vəfatından dünən gecəyə qədər yuxuda görməmişdim. Dünən gecə onu rəngi qaçmış və qəmgin gördüm. Səbəbini soruşdum, buyurdu: "Bu gecə Hüseyn (ə) və tərəfdaşları üçün qəbirlər qazmışam"".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Əhli-Beyt (ə) davamçılarından biri nəql edir ki, İmam Rzanın (ə) yanında idim və bu zaman Əli ibni Əbi Həmzə, İbni Sərrac daxil oldular. Əli İmama (ə) dedi: "Bizə atalarınızdan nəql edilmişdir ki, İmamın (dəfn) məsələlərini ancaq onun kimi İmam öhdəsinə götürə bilər". İmam Rza (ə) buyurur: "Mənə Hüseyn ibni Əlidən (ə) xəbər ver, görüm, İmam idi, yoxsa yox?". Deyir: "İmam idi". Buyurur: "Kimlər onun işini öhdəsinə götürürdülər?". Deyir: "Əli ibni Hüseyn (ə)". Buyurur: "Əli ibni Hüseyn (ə) harada idi?". Deyir: "Kufədə, Ubeydullah ibni Ziyadın əlində. Əli ibni Hüseyn (ə) heç kəs başa düşmədən bayıra çıxır və atasının işlərini görüb, sonra geri qayıdır". İmam Rza (ə) buyurur: "O kəs ki, Əli ibni Hüseynə (ə) Kərbəlaya gəlib, atasının işlərini öhdəsinə götürməyə imkan vermişdir, həmin Odur ki, bu Əmr Sahibinə (ə) imkan vermişdir ki, Bağdada gəlsin və atasının işlərini öhdəsinə götürsün, halbuki bənddə və əsarətdə deyildir".
İkinci nəzər isə budur ki, İmam Hüseyn (ə) və tərəfdaşları Ğazəriyə sakinləri tərəfindən dəfn olunmuşdur. Bu insanlar Bəni-Əsəd qəbiləsindən olub, şəhidləri dəfn etmək üçün Kərbəlaya gəlirlər.
Şeyx Mufid nəql edir: "O zaman ki, ibni Səd gedir, Bəni-Əsədin bir dəstəsi Hüseynə (ə) və tərəfdaşlarına tərəf gəldilər. Onlara namaz qıldılar və Hüseyni (ə) indi olduğu məkanda dəfn etdilər. Əli Əsğəri (ə) isə ayaqlarının yanında dəfn etdilər. Qalan şəhildər üçün isə İmamın (ə) ayaqlarının yanında qəbir qazdılar və onların hamısını birlikdə dəfn etdilər. Həzrət Abbası isə şəhid olduğu yerdə dəfn etdilər".
İbni Şəhri Aşub nəql edir: "Bəni-Əsəd qəbiləsindən olan Ğazəriyə sakinləri Hüseynin (ə) və şəhidlərin cənazələrini şəhadətlərindən bir gün sonra dəfn etdilər və onların çoxu üçün hazır qəbirlər gördülər və ağ quşları müşahidə etdilər".
Seyyid ibni Tavus nəql edir: "O zaman ki, ibni Səd Kərbəladan uzaqlaşır, Bəni-Əsəddən bir dəstə gəldi və qana boyanmış şəhildər üçün namaz qıldılar və onları indi olduqları yerdə torpağa tapşırdılar".
Əhməd ibni Yəhya nəql edir: "Bəni-Əsəddən olan Ğazəriyə sakinləri Hüseynin (ə) bədənini torpağa tapşırdılar və tərəfdaşlarının cəsədlərini isə şəhadətlərindən bir gün sonra basdırdılar".
Əllamə Məclisi buyurur: "İmam Hüseynin (ə) dəfni ilə bağlı yazırlar ki, Bəni-Əsəd özü İmamın (ə) bədənini dəfn etmişdir. Ancaq həqiqətdə İmamı (ə), İmamdan (ə) qeyrisi dəfn edə bilməz. Həzrət İmam Səccad (ə) möcüzəvi şəkildə gəlir və Həzrətin (ə) mübarək cənazəsini və başqa şəhidləri dəfn edir".
Ancaq əgər mötəbər hədislərə nəzər salsaq görərik ki, İmam Səccad (ə) Bəni-Əsəd qəbiləsi ilə birlikdə şəhidləri dəfn etmişdir. Özü isə İmam Hüseyni (ə) dəfn etmişdir. Bəni-Əsəd qəbiləsi elə bir tayfa idi ki, döyüş meydanında iştirak etmirdilər. Ona görə də şəhidlərin kim olduğunu da ayırd edə bilmirdilər, bu bədənlərin başları kəsilmişdi. İmam Səccad (ə) onlara hansı bədənin kimə aid olduğunu söyləyir və onları necə basdıracaqları ilə bağlı nəsihətlər verir və yardım edir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Çində insanların bir-birini yeməsinə səbəb olan 26 SENTYABR QƏRARI - Dəhşətli FAKT

26 Sentyabr 2017 17:03

Sabah muzeylərə giriş pulsuz olacaq

26 Sentyabr 2017 17:01

"Bu, "Roma" üçün rüsvayçılıq olar" - Arriqo Sakki

26 Sentyabr 2017 16:57

MTRŞ ATV-dəki dəyişikliklərə MÜNASİBƏT BİLDİRDİ

26 Sentyabr 2017 16:53

London metrosunda daha bir partlayış

26 Sentyabr 2017 16:53

Mərdəkan çimərliyi tullantılardan təmizləndi - FOTO

26 Sentyabr 2017 16:48

Aparıcıya əxlaqsız təklif: "Əvvəl yeməyi, sonra səni yemək istəyirəm" - VİDEO

26 Sentyabr 2017 16:48

İşlədiyi şirkətdən oğurluq təşkil edən qadın azadlığa buraxılıb və yenidən həbs edilib

26 Sentyabr 2017 16:42

ATV-nin daha bir məşhur siması

26 Sentyabr 2017 16:39

Aygün Kazımovanın çəkdirdiyi anons oğurlandı

26 Sentyabr 2017 16:39

Feysbuk BAĞLANIR - şok ADDIM

26 Sentyabr 2017 16:38

Sabiq kansler "Rosneft"in sədri təyin edilib

26 Sentyabr 2017 16:37

Totti Azərbaycana gəlməkdən imtina etdi - SƏBƏB

26 Sentyabr 2017 16:37

Azərbaycan beynəlxalq konfransda nələri müzakirə edib?

26 Sentyabr 2017 16:35

“Huawei” və “Intel” şirkətləri “5G” texnologiyaları üzərində səylərini birləşdirir

26 Sentyabr 2017 16:35

“Instagram” şəbəkəsinin aylıq auditoriyası 800 milyonu ötüb

26 Sentyabr 2017 16:35

Tələbələrin qovulması xəbərinə universitetdən REAKSİYA

26 Sentyabr 2017 16:33

London metrosunda partlayış baş verib

26 Sentyabr 2017 16:32

“Qarabağ” - “Roma” matçına onlayn sifariş edənlərdən 52 min nəfəri vaucerlərini biletlərlə dəyişdirib

26 Sentyabr 2017 16:32

ATV-də kimlər qara siyahıya salınıb?

26 Sentyabr 2017 16:28

Azərbaycanda 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərə ictimai işlər tətbiq olunmayacaq

26 Sentyabr 2017 16:27

"SOCAR Methanol" şirkəti Moskvada beynəlxalq konfransda iştirak edib

26 Sentyabr 2017 16:27

MTRŞ: ATV-dəki rəhbər dəyişikliyi ilə bağlı

26 Sentyabr 2017 16:26

160 il yaşayan xalqın pəhrizi üzə çıxdı

26 Sentyabr 2017 16:23

MTRŞ ATV-nin rəhbərliyinin dəyişdirilməsinə münasibət bildirib

26 Sentyabr 2017 16:22

Çində yük maşını üç mikroavtobusla toqquşdu

26 Sentyabr 2017 16:20

“Qarabağ”dan xəbərsiz MƏŞHURLAR - SORĞU

26 Sentyabr 2017 16:18

Ermənistanda şirkət direktorunun müavini rüşvət verməkdə şübhəli bilinərək tutulub

26 Sentyabr 2017 16:17

“Qarabağ”ın rəqibi futbolçusu ilə yeni müqavilə bağlayır

26 Sentyabr 2017 16:17

Media nümayəndələri və məktəblilər “TurAz Qartalı - 2017”ni izləyiblər

26 Sentyabr 2017 16:14

Kəmaləddin Heydərov Ceyms Appaturayla görüşdü

26 Sentyabr 2017 16:13

Azərbaycan HHQ-nin baş şturmanı: "Artıq NATO taktikasını öyrənmişik"

26 Sentyabr 2017 16:12

İradə Azərbaycana gəlişinin səbəbini açıqladı - FOTO

26 Sentyabr 2017 16:04

ABŞ Cocuq Mərcanlının iqtisadi inkişafı ilə bağlı proqrama başladı

26 Sentyabr 2017 16:03

Bakı-Şamaxı-Yevlax yolu təmir olunur

26 Sentyabr 2017 16:01

"Roma" klubu Bakıya gəldi - FOTOLENT

26 Sentyabr 2017 15:59

255 nəfər zəhərləndi, 3 nəfər öldü - AZƏRBAYCANDA

26 Sentyabr 2017 15:58

Azərbaycanda hakimiyyət nümayəndəsinin tələbinə tabe olmayanlara yeni cəza tətbiq olunacaq

26 Sentyabr 2017 15:57

Qazaxıstan Xəzərdə 50 mlrd. ton karbohidrogen ehtiyatının olduğunu ehtimal edir

26 Sentyabr 2017 15:57

"Azərbaycanla görüşdə hədəfimiz 3 xaldır" - Karel Yarolim

26 Sentyabr 2017 15:57

ATV-nin yeni prezidenti kimdir?

26 Sentyabr 2017 15:55

Kəmaləddin Heydərov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşüb

26 Sentyabr 2017 15:54

Təhsil Nazirliyi əməkdar müəllimin işdən çıxarılmasına münasibət bildirib

26 Sentyabr 2017 15:52

"Qarabağ"ın futbolçusu Norveç yığmasında

26 Sentyabr 2017 15:47

Qaynanasını bıçaqlayan kürəkənə YÜNGÜL CƏZA

26 Sentyabr 2017 15:44

Ailə üzvlərinin hamısını öldürən soydaşlarımız

26 Sentyabr 2017 15:41

ABŞ Cocuq Mərcanlıda proqram həyata keçirir

26 Sentyabr 2017 15:39

Biləcəri sakinlərinin nəzərinə - FOTO

26 Sentyabr 2017 15:38

ABŞ tarixində ilk - bu qadın mümkünsüzü bacardı

26 Sentyabr 2017 15:38

Putin Ərdoğan və Ruhani ilə kürdlərin referendumu müzakirə etdi

26 Sentyabr 2017 15:33