Azərbaycanda 3 yaşlı qıza qarşı cinayət törədən şəxslərin GÖRÜNTÜLƏRİ

Azərbaycanda 3 yaşlı qıza qarşı cinayət törədən şəxslərin GÖRÜNTÜLƏRİ
12:19 21 Oktyabr 2016
157 Digər
Ölkə mətbuatı
A- A+

 

Bir neçə gün əvvəl Gəncə şəhər Kəpəz rayonu ərazisində soyğunçuluq faktı qeydə alınıb. Lent.az ARB TV-yə istinadən xəbər verir ki, Gəncə sakinləri İlkin Orucov və Seymur Quluzadə şəhərin müxtəlif ərazilərində, həyətdə oynayan uşaqları aldadaraq, onların üzərindəki zinət əşyalarını oğurlayıblar.

 

Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində soyğunçuluq faktının üstü isti izlərlə açılıb. 2 dost saxlanılıb.

 

Narkotik vasitə istifadəçisi olan dostlar elə oğurluğu da bu səbəbdən törətdiklərini bildiriblər.

 

Seymur Quluzadə narkotik vasitədən istifadə etdiyini təsdiqləyib: "Dərman içmişdim, Şeytan beynimizə saldı".

 

İlkin Orucov isə əsas işin Seymur tərəfindən görüldüyünü deyib: "Məni çağırırdı ki, gəl bloka, çıxırdı, deyirdi ki, gedək, gedirdik. Blokda tək olurdu. Əlində qızılla gəlirdi".

 

Hazırda polis onların digər cinayətlərdə iştirak edib-etmədiklərini araşdırır.

 

Qeyd edək ki, adları qeyd edilən şəxslərin qoyduqları qızın cəmi 3 yaşı olub.






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257221

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR