Suares “Qızıl buts”u alıb, “Qızıl top” sahiblərinə “ilişdi”

Suares “Qızıl buts”u alıb, “Qızıl top” sahiblərinə “ilişdi”
13:57 21 Oktyabr 2016
75 İdman
Ölkə mətbuatı
A- A+


“Barselona”nın hücumçusu Luis Suares “Qızıl buts” ilə təltif olunub. Fanat.Az xəbər verir ki, 2015/2016 mövsümü üçün  Avropa liqalarının ən yaxşı bombardirinin təltif olunduğu təbir Kataloniyada reallaşıb.


Suares, ötən mövsüm İspaniya çempionatında 35 matça 40 qol vurmaqla, Qonaslo İquain (36 qol) ilə Kriştianu Ronaldonu (35 qol) qabaqlayıb.


2013/2014 mövsümünün yekunlarına əsasən də “Qızıl butsı” alan uruqvaylı forvard mükafatına qovuşduqdan sonra maraqlı açıqlama verib: “Qızıl top”da marketinq və mətbuatdan çox şey asılıdır. Qazandığım mükafatlar – layiq olduqlarımdır. “Qızıl buts”u kim daha çox qol vurursa, o, qazanır. Elə bir hal olmayıb ki, mükafatı bombadir yox, başqası alsın. Amma “Qızıl top”da marketinq işini görür”.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-suares-qzl-butsu-alb-qzl-top-sahiblrin-ilidi-t53516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR