"Deyirdim ki, arxamca düşmə, qohumlarım görər" - xalq şairinin xanımı

"Deyirdim ki, arxamca düşmə, qohumlarım görər" -  xalq şairinin xanımı
16:56 21 Oktyabr 2016
58 Şou
Ölkə mətbuatı
A- A+

Mərhum xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürk ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olub.

Axşam.az-ın məlumatına görə, o, X.R.Ulutürklə bağlı xatirələrini bölüşüb, onunla tanış olması haqda danışıb:

"1954-cü ildə universitetdə mən 1-ci, Xəlil isə 4-cü kursda oxuyurdu. Bacım da Xəlillə eyni qrupda idi. Bacım işlədiyi üçün, ona həmişə yemək aparırdım. Xəlil də məni orada görmüşdü. Daha sonra arxamca gəlirdi, məktublar yazırdı. Onun cəsarətli olduğunu görüb istər-istəməz meyl göstərdim. Məhəbbət yolunda çoxlu maneələrlə rastlaşmışam. Ailə üzvlərim istəmirdi və qadağalar qoyurdu. Hamamxanamız var idi, onun yazdığı məktubları orada gizli oxuyurdum. Gördüm ki, həyat yollarını tanıyır, yaşamağın yollarını bilir. Ona dəqiq bir söz deməmişdim, sadəcə yanımda və arxamca gəlməməsini istəmişdim ki, qohumlarım görər. Atam Salyanda baş həkim işləyirdi. Anam atama məsələni danışmışdı. Xəlilin də atası Salyanda mənim atamla gedib danışdı. Anam da istəyirdi ki, mən öz nəslimizdən olan həkimə gedim. Eyni vaxtda həm Xəlilgil, həm də anamın qohumları elçi gəldi. Birini öz evimizdə, birini də qonşunun evində əyləşdirdilər. Mənlə söhbət etdikdən sonra atama cavabımı dedim. Universiteti bitirdikdən sonra evləndik".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59683

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR