Qırğızıstanda 14 hərbçi qanunsuz silah satışına görə həbs edilib

Qırğızıstanda 14 hərbçi qanunsuz silah satışına görə həbs edilib
02:22 23 Oktyabr 2016
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Qırğızıstanda 14 hərbçi qanunsuz silah satışında şübhəli bilinərək həbs edilib.
"Report"un məlumatına görə, bu barədə "İnterfax" ölkənin hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.
Məlumatda bilddirilir ki, həmin silahlar ölkənin Baş Prokurorluğunun əməkdaşına qarşı sui-qəsd zamanı və Çinin Bişkekdəki səfirliyinin binasında baş vermiş terror aktında istifadə edilib.
"Hərbçilərin qanunsuz silah satışı ilə məşğul olmaları haqda informasiya hüquq-mühafizə orqanlarına prokurora sui-qəsdlə əlaqədar, ötən yay aparılmış operativ əməliyyat tədbirləri zamanı daxil olub" – deyə hüquq-mühafizə orqanlarındakı mənbə agentliyə bildirib.
Onun sözlərinə görə, həbs edilənlər arasında hərbçilər və Daxili İşlər Nazirliyinin əməkdaşları var. Onlar Dövlət Sərhəd Xidmətinin silahlarını satmaqda şübhəli bilinirlər. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/qirgizistanda-14-herbci-qanunsuz-silah-satisina-gore-hebs-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR