Soğanı qabığını soymadan bişirin

Soğanı qabığını soymadan bişirin
23:12 23 Oktyabr 2016
333 Ölkə
Ölkə mətbuatı
A- A+

İngilis qida mütəxəssisləri soğanın qabığının da bişirilərkən soyulmamasının lazım olduğunu açıqlayıblar.

Bir çox tərəvəz və meyvənin qabığında qida dəyəri yüksək maddələr var və qida mütəxəssisləri bu qabıqların atılmamasının lazım olduğunu vurğulayır.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, pomidor və kartofdan sonra, İngilis qida mütəxəssisləri soğanın qabığının da bişirilərkən soyulmamasını tövsiyə ediblər.
 
Soğan qabığında "kuersetin" adlı qan şəkərini salan və damar zəifləməsinin qarşısını alan bir maddə olduğunu qeyd edən mütəxəssislər, A və C vitaminləri baxımından da zəngin olan təbəqələri yalnız yeməyi süfrəyə verməzdən əvvəl çıxarmağı məsləhət görüblər.
 
Soğan qabığında həmçinin iltihaplanmanı qabaqlayan bir xüsusiyyət olduğu da ifadə edilir.
 
Bu səbəbdən də, soğan qabıqlarını atmazdan əvvəl bir daha düşünün. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR