172 məhbus həbsxanadan qaçdı

172 məhbus həbsxanadan qaçdı
00:29 24 Oktyabr 2016
66 Digər
Ölkə mətbuatı
A- A+

Haitidə həbsxanada baş verən qarışıqlıqda 150-dən çox məhbus qaçmağa nail olub.

 

Musavat.com “France Press” agentliyinə istinadən xəbər verir ki, qarışıqlıq zamanı bir polis həlak olub.

 

Hadisə paytaxt Port-O-Prins yaxınlığındakı "Arkaxae" həbsxanasında baş verib. İlkin istintaqdan məlum olub ki, həbsxana gözətçisi qapılardan birini bağlamağı unudub və nəticədə məhbuslar gözətçilərə hücum edərək onların silahlarını ələ keçiriblər. Hücum zamanı bir polis həlak olub, iki polis isə yaralanıb.

 

Məlumata görə, həbsxanadan 172 məhbus qaçıb. Məhbusların qaytarılması üçün polis əməliyyat keçirir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257440

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR