Həbsxanadan 150 məhkum qaçıb

Həbsxanadan 150 məhkum qaçıb
08:03 24 Oktyabr 2016
66 Dünya
Ölkə mətbuatı
A- A+

Haitidə həbsxanada baş verən qarışıqlıqda 150-dən çox məhbus qaçmağa nail olub. Musavat.com-un məlumatına görə, qarışıqlıq zamanı bir polis həlak olub.

Hadisə paytaxt Port-O-Prins yaxınlığındakı "Arkaxae" həbsxanasında baş verib. İlkin istintaqdan məlum olub ki, həbsxana gözətçisi qapılardan birini bağlamağı unudub və nəticədə məhbuslar gözətçilərə hücum edərək onların silahlarını ələ keçiriblər. Hücum zamanı bir polis həlak olub, iki polis isə yaralanıb.

Məlumata görə, həbsxanadan 172 məhbus qaçıb. Məhbusların qaytarılması üçün polis əməliyyat keçirir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR