Bakıda qaynını tüfənglə vuran şəxsin məhkəmə istintaqı başa çatdı

Bakıda qaynını tüfənglə vuran şəxsin məhkəmə istintaqı başa çatdı
11:59 24 Oktyabr 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

 

Qaynını öldürməyə cəhddə təqsirləndirilən Mehman Fəsədovun cinayət işi üzrə məhkəmə keçirilib. Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadəsi başa çatıb. Zərərçəkmiş Elnar Canatov ifadəsində bildirib ki, Mehman Fəsadov onun bacısının yoldaşıdır və ondan heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı bitdiyindən söz dövlət ittihamçısına verilib. Prokuror çıxışa hazır olmadığına görə proses oktyabrın 31-də davam edəcək.

 

Qeyd edək ki, bu il yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələn qohumu, qəsəbə sakini Mehman Fəsadov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsi (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fəsadov tutulub, ondan "İJ-58" markalı tüfəng və 5 ədəd patron götürülüb. M.Fəsadov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

 

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR