Ötən gün "Xəzər" TV də yayayımlanan "Bizə danış" verilişində olduqca qalmaqallı hadisə yaşanıb.

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, məşhur aparıcı Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Bizə danış" verilişində qızını 8 il zəncirləyərək tövlədə saxlayan ata efirə çıxıb. Nəticədə günlərdir insanların müzakirə etdiyi hadisəni törədən şəxsə efirdə çoxsaylı iradlar bildirilib.

Həmin gün verilişə çağırılmadan gələn müğənni Könül Kərimova baş verən hadisəyə üsyan edib. O, qızını 8 il mal tövləsində saxlayan atanın üzərinə hücum edərək bu hadisədən çox sarsıntı keçirdiyini, belə hadisəyə dözə bilmədiyini bildirib. Sonda müğənni həmin ata ilə üz-üzə qala bilməyərək verilişi tərk edib. Ardınca isə məşhur vəkil Şəfiqə Nağıyeva da əsəbləşərək proqramı tərk edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Könül Kərimova qızını zəncirləyən ataya hücum çəkdi - VİDEOKönül Kərimova qızını zəncirləyən ataya hücum çəkdi