Türkiyə XİN başçısı: "Mosul əməliyyatında 4 "F-16" qırıcımız iştirak edir"

Türkiyə XİN başçısı: "Mosul əməliyyatında 4 "F-16" qırıcımız iştirak edir"
16:22 24 Oktyabr 2016
17 Dünya
Ölkə mətbuatı
A- A+

"Mosulun terrorçu İŞİD qruplaşmasından təmizlənməsi əməliyyatında 4 "F-16" qırıcımız koalisiya qüvvələrinə dəstək verir".

Milli.Az report-a istinadən bildirir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı Jan-Mark Eyro ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"4 "F-16" qırıcımız koalisiyaya aid qüvvələrlə birlikdə antiterror əməliyyatında  iştirak edir. Mosul əməliyyatında çox yaxından iştirak edirik. İraqın şimalında təlim keçdiyimiz kürd silahlılar və yerli güclər Başika əməliyyatına fəal şəkildə qatılıblar. Başikadakı qüvvələrimiz İŞİD-in 700 silahlısını zərərsizləşdirib", - deyə o vurğulayıb.
Nazir İraqın təhlükəsizliyinin Türkiyənin təhlükəsizliyi qədər onlar üçün əhəmiyyətli olduğunu vurğulayıb: "İraqın müxtəlif yerlərindən ölkəmizə terrorçu PKK silahlılar gəlir, hücumlar edirlər. Onlar indi də İraqın Sincar bölgəsində ikinci bir Kandil (terrorçu PKK-nın İraq ərazisindəki eyniadlı dağdakı düşərgə - "Report") salmaq istəyirlər. PKK qruplaşmasının orada yerləşməsinə icazə verməyəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR