Birlik Kuboku artıq keçirilməyəcək

Birlik Kuboku artıq keçirilməyəcək
18:12 24 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

1993-cü ildən etibarən MDB və Baltikyanı ölkələrin klubları arasında keçirilən Birlik Kuboku turniri tarixin yaddaşına qovuşur. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Rusiya Futbol Federasiyasının vitse-prezidenti Nikita Simonyan bu turnirin artıq təşkil olunmayacağını açıqlayıb.

"Birlik Kubokunu artıq keçirməyəcəyik, qərar vermişik. Bu turnir maraq və stimulu itirmişdi. Qranatkinin xatirəsinə keçirilən turnirə diqqət ayrılacaq. Bəlkə də, formatı dəyişib daha çox komanda dəvət edərik. Bunlar hələlik müzakirə mərhələsindədir", - Simonyan bildirib.

Qeyd edək ki, Birlik Kubokunda "Neftçi" (2006), "Xəzər Lənkəran" (2008) və "İnter" (2011) çempion adını qazanmışdılar. Son illər formatı bir qədər dəyişən turnirdə əsasən gənclərdən ibarət komandalar iştirak edirdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR