Dövlət qurumlarının informasiya açıqlığına dair müzakirə aparılıb

Dövlət qurumlarının informasiya açıqlığına dair müzakirə aparılıb
20:47 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanda dövlət qurumlarının rəsmi saytlarında bir qayda olaraq yetərincə açıqlanmayan informasiyalar sırasında ilk olaraq dövlət qurumunun büdcəsi və onun icrası haqqında məlumatların olduğu təsdiqlənib. 
"Report" xəbər verir ki, bu nəticələr "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin dövlət qurumlarının informasiya açıqlığına dair hesabatında əks olunub. 
Mərkəzin bu gün keçirdiyi ictimai müzakirələrdə vurğulanıb ki, sahə işçilərinin əmək haqları, tenderlər, müsabiqələr, dövlət qurumları, dövlət satınalmaları haqqında məlumatlar, dövlət qurumunun hüquqi-normativ sənədləri, normativ aktların layihələri, bu istiqamətində təkliflər, dövlət qurumunun təklif etməli olduğu oflayn xidmətlərin siyahısı, habelə elektron xidmətlərdən istifadə vəziyyətinin statistikası və s açıqlanmayan və ya kifayət açıqlanmayan informasiyalar sırasında yer alıb. 
Müzakirələr zamanı Mətbuat Şurasının İdarə heyətinin üzvü Azər Həsrət mərkəzi icra orqanlarının büdcə və ya işçilərinin maaşları barədə məlumatların nə üçün gizlədildiyindən təəccübləndiyini deyib: "Anlaya bilmirəm, axı nə üçün bu cür məlumatlar açıqlanmır?! Halbuki dövlət büdcəsi hər il prezident səviyyəsində təsdiqlənir və bölünür. Belə çıxır ki, informasiya açıqlığına məhəl qoymayan dövlət qurumları dövlət başçısının siyasətini sabotaj edirlər. Bundan başqa, əksər dövlət qurumlarının elektron poçt ünvanlarını ümumiyyətlə, göndərilən sorğulara cavab vermirlər". 
Müzakirələr zamanı mütəxəssislər Bakı şəhər İcra Hakimiyyətinin saytının olduqca yararsız vəziyyətdə olduğunu bildiriblər.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/dovlet-qurumlarinin-informasiya-aciqligina-dair-muzakire-aparilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR