"Bayer" III liqa klubuna yenilərək ölkə kubokundan kənarlaşıb

"Bayer" III liqa klubuna yenilərək ölkə kubokundan kənarlaşıb
01:02 26 Oktyabr 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Almaniyanın III divizion klubu "Şportfroynd Lotte" futbol üzrə ölkə kubokunun 1/16 oyununda "Bayer Leverkuzen"i məğlub edib.
"Report" xəbər verir ki, matçın əsas hissəsi 1:1 hesabı ilə başa çatıb. Əlavə olunmuş vaxtda komandalar hərəyə bir dəfə də fərqləniblər.
Görüşün qalibi 11 metrlik cərimə zərbələri ilə müəyyən edilib (3:2). "Şportfroynd" 78-ci dəqiqə azlıqda qalıb.
Sözügedən klub 1/32 finalda digər məşhur alman komandası "Verder"i kubokdan kənarlaşdırıb (2:1). "Şportfroynd" 1/8 finalda "Nürnberq" - "Şalke" cütünün qalibi ilə qarşılaşacaq.


Xəbərin orijinal ünvanı: http://report.az/futbol/iii-divizion-klubu-bayer-i-olke-kubokundan-kenarlasdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR