“Neftçi”nin futbolçusu Katalin Tira komandadan qovulacaq.

Publika.az-ın Report-a istinadən məlumatına görə, bu barədə komandanın baş məşqçisi Elxan Abdullayev məlumat verib.

O, bildirib ki, futbolçunun Premyer Liqanın IX turunda “Qarabağ”la qarşılaşmanın son dəqiqələrində meydana daxil olan azarkeşi vurması yolverilməzdir:

“Bu səbəbdən Tira “Neftçi”də olmayacaq”.

Qeyd edәk ki, matç 2:0 hesabı ilә “Qarabağ”ın xeyrinә başa çatıb.