Məşhur basketbolçu Türkiyə Basketbol Federasiyasının prezidenti seçilib

Məşhur basketbolçu Türkiyə Basketbol Federasiyasının prezidenti seçilib
14:17 26 Oktyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ Hidayət Türkoğlu Türkiyə Basketbol Federasiyasının yeni prezidenti seçilib.
"Report" "Haber7"yə istinadən xəbər verir ki, oktyabrın 26-da Ankarada federasiyanın növbəti qurultayı keçirilib.
Məlumata görə, o, qurumun prezidentliyinə yeganə namizəd olub və qurultayın 143 iştirakçısından 113-ü onun lehinə səs verib.
Qeyd edək ki, Hidayət Türkoğlu 1979-cu il martın 19-da İstanbulun Bayrampaşa rayonunda doğulub. O, 269 dəfə Türkiyə millisində çıxış edib. 2,08 metr hündürlüyündə olan keçmiş hücumçu 20 ilə yaxın ABŞ-ın NBA liqasında müxtəlif klublarda çıxış edib.

Xəbərin orijinal ünvanı: http://report.az/komanda/meshur-basketbolcu-turkiye-basketbol-federasiyasinin-prezidenti-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR