Bakıda 9-cu mərtəbədən yıxılan azyaşlı qız sağ qalıb

Bakıda 9-cu mərtəbədən yıxılan azyaşlı qız sağ qalıb
11:57 27 Oktyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakıda yaşayış binasının 9-cu mərtəbəsindən yıxılan 12 yaşlı qız sağ qalıb. 
"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsi, 232 ünvanında baş verib. 
Həmin ünvandakı binanın 13 saylı mənzilində yaşayan 2004-cü il təvəllüdlü Lamiyə Namazova eyvandan yerə yıxılıb. Nəticədə azyaşlının ayağı sınıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. 
Hadisə vaxtı L.Namazova evdə tək olub.
Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR