Naməlum şəxs ABŞ-ın Keniyadakı səfirliyi yaxınlığında polislərə hücum edib

Naməlum şəxs ABŞ-ın Keniyadakı səfirliyi yaxınlığında polislərə hücum edib
02:47 28 Oktyabr 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ ABŞ-ın Keniyadakı səfirliyinin binası yaxınlığında naməlum şəxs əlindəki bıçaqla polisə hücum edib.
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb.
Məlumatda bildirilir ki, hadisə paytaxt Nayrobidə baş verib. Polisə hücum etmiş şəxs asayiş keşikçiləri tərəfindən öldürülüb.
Hücumun motivləri məlum deyil. Lakin Keniya poisi insidentin sırf kriminal xarakter daşıdığını bildirib.
Hadisə zamanı polis işçiləri, habelə ABŞ-ın bu ölkədəki səfirliyinin əməkdaşları arasında xəsarət alan olmayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR