Röyanın keçmiş həyat yoldaşı ölkədən qaçmasından danışdı

Röyanın keçmiş həyat yoldaşı ölkədən qaçmasından danışdı
13:57 28 Oktyabr 2016
149 Ölkə
Ölkə mətbuatı
A- A+

"Çudo Peçka" mağazalar şəbəkəsinin rəhbərlərindən biri, tanınmış müğənni Röya Nəcəfovanın keçmiş həyat yoldaşı Anar Cəlilovun iflas etməsi və Azərbaycandan qaçması haqqında xəbərlər yayılıb.

Milli.Az bildirir ki, bununla bağlı atv.az-a  açıqlama verən Anar Cəlilov bunları deyib:

"Belə yazılar məndə yalnız gülüş doğurur. Mən haraya qaça bilərəm və nəyə görə qaçmalıyam? Ailəm burada, biznesim burada... Mən maksimum Bakıdan hansısa bir rayona gedə bilərəm. Nə borcdan, nə də  məsuliyyətdən qaçan insanlardan deyiləm. Məsuliyyətlə deyirəm ki, yaranmış problem tez bir zamanda həllini tapacaq. Mən kiməsə borcluyamsa, mənə də borclu olanlar var. Ən azından, bu borcu bağlamaq üçün gücümüz var. Yaranmış vəziyyətin müvəqqəti çətinlik olduğunu deyərdim. Mənim iflas etdiyimi deyənlər çox sevinməsinlər. Bu sözü dilə gətirmək hələ tezdir. Hazırda var gücümüzlə çıxış yolu axtarırıq ki, bağlanan obyektlərimizin işçilərinə olan borcumuzu ödəyək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR