MDB ölkələri Hökumət Başçıları Şurasının növbəti iclası Rusiyada baş tutacaq

MDB ölkələri Hökumət Başçıları Şurasının növbəti iclası Rusiyada baş tutacaq
17:02 28 Oktyabr 2016
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrin Hökumət Başçıları Şurasının növbəti iclası 2017-ci il mayın 26-da Rusiyada keçiriləcək.
"Report" BELTA-ya istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin sədri, Birliyin icraçı katibi Sergey Lebedev Minskdə Hökumət Başçıları Şurasının geniş tərkibdə keçirilən görüşündə məlumat verib.
Minskdəki iclasın yekununda iqtisadiyyat, energetika və humanitar əməkdaşlıq sahələrində sənədlər paketi imzalanıb, MDB ölkələrinin əqli mülkiyyət bazarının formalaşması və inkişafı konsepsiyası, onun həyata keçirilməsi üzrə fəaliyyət planı təsdiqlənib. Həmçinin 2016-2020-ci illər üzrə MDB ölkələrinin hidrometeoroloji fəaliyyətinin inkişaf strategiyasının həyata keçirilməsi üzrə tədbirlər planı təsdiq edilib.
Bundan əlavə, 2030-cu ilədək enerji resurslarının hasilat və istehlak proqnozu, avtomobilqayırma üzrə saziş və istehlakçıların hüquqi maarifləndirilməsi sahəsi üzrə əməkdaşlıq sazişi imzalanıb.
Xatırladaq ki, MDB-də sədrlik 2017-ci il yanvarın 1-dən  Rusiyaya keçəcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/mdb-olkeleri-hokumet-bascilari-surasinin-novbeti-iclasi-rusiyada-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR