Bu il Azərbaycanda yay vaxtından qış vaxtına keçid olmayacaq.
Publika.az xəbər verir ki, Nazirlər Kabinetinin "Azərbaycan
Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında"
1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son
bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına
keçilib.
Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri
çəkilməsi ilə yay vaxtı ləğv edilib. Qərarın həyata keçirilməsinə
nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi həyata keçirib.
Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən,
isə bu il 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay
vaxtına keçid ləğv olunub. Nazirlər Kabinetinin 17 mart 1997-ci il
tarixli qərarı qüvvədən düşmüş hesab edilib. Beləliklə,
Azərbaycanda qış vaxtı qüvvədə qalıb.
Qeyd edək ki, ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra
tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT
sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə
sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini
nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat)
vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış
vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Bunu
nəzərə alaraq, Nazirlər Kabineti müvafiq qərar qəbul edib.