Kürdəmirdə otlaq sahəsi tapılmır - İcarədarlar zəbt edib - VİDEO

Kürdəmirdə otlaq sahəsi tapılmır -  İcarədarlar zəbt edib - VİDEO
21:12 29 Oktyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Sakinlər mal-qaranı otarmaq üçün yer olmamasından gileylənirlər. Söhbət Kürdəmirin Şilyan kəndindən gedir.

Kənd sakinlərinin sözlərinə görə, onlar heyvanlarını otarmaq üçün örüş sahəsi tapmağa çətinlik çəkirlər. Onlar deyirlər ki, əvvəllər bu məqsədlə istifadə edilən sahələr indi başqalarına icarəyə verilib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, hətta bəzi sakinlər otlaq sahələrinin azlığından heyvanlarını satmaq məcburiyyətində qalıblar.

Kürdəmir rayon İcra Hakinmiyyətindən isə bildirdilər ki, Şilyan kəndinin örüş sahəsi var. Fermerlərə icarəyə verilən torpaqlar isə illər əvvəl bağlanmış müqavilə əsasındadır.

Sakinlərin indiki vəziyyətdə yeganə çıxış yolları örüş sahələrinin artırılması üçün rayon rəhbərliyinə müraciət etməkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR