Həm diktator, həm demokrat İndira Qandi - FOTOLAR

Həm diktator, həm demokrat İndira Qandi  - FOTOLAR
09:33 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Hindistan... 1917-ci il... Ölkənin ilk baş naziri və müstəqilliyi yolunda mübarizə aparan Cəvahirləl Nehrunun ailəsində atasının siyasi fəaliyyətini davam etdirəcək oğlan uşağının gəlişi gözlənilirdi. Lakin dünyaya qız uşağı gəldi. Bu, İndira Priyardarşini Qandi idi...

Yeni doğulan körpənin babası Motilala Nehru ailəni əmin edirdi: “Bu qız minlərlə oğuldan yaxşı olacaq”. Məşhur Hindistan şairəsinin ailəyə göndərdiyi təbrik məktubunda isə “Bu uşaq Hindistanın ürəyi olacaq” yazılmışdı. Qızcığaz hərəkətləri ilə elə erkən yaşlarından peyğəmbərliyin düzgün çıxmasını sübuta yetirdi: həmyaşıdları kukla ilə oynadığı vaxt o, atasının kitablarını oxuyardı. Britaniya istilasına cavab kimi Hindistan ölkəyə malların idxalına qadağa qoyduqda İndira fransız istehsalı olan gəlinciyini öz əlləri ilə oda atdı. Valideynləri ona güclü olmağı öyrətmiş və vətənə sevgi aşılamışdılar.

“O, özünə fikir verən qız idi, lakin... Əslində, o qədər arıq idi ki, adama elə gəlirdi ki, indicə onu külək aparacaq. İndira ətrafdakılara çox nadir hallarda fikir verərdi və həmişə vətəni üçün ağlayardı” – Feroz Qandi.

Feroz ilə İndira Oksford Universitetində tanış olublar. Onların dostluğu tezliklə başqa bir müstəviyə keçdi. Bu münasibətdə xüsusi bir ehtiras hiss olunmurdu. Bir müddət sonra onlar ailə həyatı qurdular. Bu izdivac ölkədə kütləvi etirazlarla qarşılandı. Axı baş nazirin qızı yuxarı kastadan, onun əri isə aşağı təbəqədən idi. Hətta atası ilk dəfə qızının qərarına qarşı çıxdı. Bununla belə, İndira artıq öz seçimini etmişdi.

Onu “İndirama” (Hindistanın anası) adlandırırdılar. Özünü siyasətə həsr etsə də, İndira ilk növbədə ana və həyat yoldaşı idi. İndira vaxtının çox hissəsini ailəsinə sərf etməyə çalışırdı. Övladları məktəbdən gələnədək bütün işlərini bitirməyə çalışırdı. Oğlu Sancey də anası kimi siyasi fəaliyyətlə maraqlanırdı və bu yolda anasını dəstəkləyirdi. Lakin o, avtomobil qəzasında həlak oldu.

1984-cü il oktyabrın 31-i idi. İndira Dehlinin Safdarjunq küçəsindəki baş nazirliyin binasında İngiltərədən onunla müsahibə götürməyə gələn dramaturq, aktyor və telejurnalist Peter Ustinovu qarşılamağa hazırlaşırdı. Ustinov mühafizə edilən qapıdan keçərək içəri daxil oldu. Qandi qonağı qarşılamaq üçün ayağa qalxdı. Bu zaman hər Qandinin iki sihx mühafizəçi silahlarını ona çevirərək atəş açdılar. Nəticədə, Qandi 33 güllə yarası alaraq yerindəcə can verdi. Qandinin cənazəsi noyabrın 3-də Mahatma Qandinin xatirəsinə ucaldılan Raj Qal abidəsi önündə yandırıldı. Bunun ardınca Pəncab əyalətinə hücum edən hindlilər 20 mindən artıq yerli sakini qətlə yetirdilər, onların məbədlərini isə yandırdılar. Baş verən hadisələrlə əlaqədar hökumətin hər hansı tədbir görməməsi ilə bağlı sualın cavabında Qandinin oğlu belə cavab vermişdi: "Böyük ağac yıxılanda yer titrəməyə məcburdur..."

Beləliklə, Qandi hakimiyyətə demokrat kimi gəldi, diktator kimi hərəkət etdi, əllərini milli hüquqlarının tapdalanmasına etiraz edənlərin qanına batırdı və bunun da əvəzini canı ilə ödədi. Qandi həm demokrat, həm diktator, həm də əllərini günahsız insanların qanına batıran bir cəllad idi ...

Oğlu Raciv də anası kimi terror qruplaşması tərəfindən güllələnib. İndi isə Hindistanın Milli Konqresinə Racivin dul arvadı Sonya Qandi başçılıq edir.

İndira Qandi kasıb Hindistanın müstəqilliyinin möhkəmlənməsi üçün bir sıra islahatlar həyata keçirdi:

Bütün banklar milliləşdirildi;

Ölkəsinin ilk atom elektrik stansiyanı tikdirdi;

Sənayeni inkişaf etdirdi. Əsasən şəhərlərdə ağır sənayenin inkişafına önəm verildi;

Daşınmaz əmlak satışına maksimum qiymət qoyuldu;

Səhiyyə və təhsil sahəsində sosial proqramlar irəli sürüldü;

Cənubi Asiya regionunda Hindistan lider ölkəyə çevrildi;

Elm və texnika inkişaf etdi. İndira Qandinin hakimiyyəti illərində elektronika, kosmos, ətraf mühitin mühafizəsi və okeanların öyrənilməsi üzrə şöbələr yarandı.

Nura








Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/49560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR