Azarkeşi vuran futbolçu həbs olundu - VİDEO/FOTO

Azarkeşi vuran futbolçu həbs olundu - VİDEO/FOTO
13:03 31 Oktyabr 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

Son günlər futbolçularla azarkeşlər arasında yaşanan qarşıdurmaların sayı artıb. Daha bir insident Çilidə baş verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Audax İtaliano" klubunun futbolçusu Sebastian Pol azarkeşlərdən birini döydüyü üçün həbs olunub.

"Audax İtaliano" Çili çempionatının X turunda səfərdə "Universidad Katolika"ya məğlub olub - 1:4. Pol meydanı tərk edən zaman gözlənilmədən tribunaya qalxıb və rəqib azarkeşlərdən birini döyməyə başlayıb. O, bu hadisədən dərhal sonra polislər tərəfindən həbs olunub.

Polun 2 il azadlıqdan məhrum ediləcəyi gözlənilir.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR