"Kəpəz"in braziliyalı futbolçuları Dario Frederiko və Renan Silva "Qarabağ"ın futbolçusu Riçard Almeyda ilə görüşüblər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Riçard "Kəpəz"in futbolçularına öz formasını hədiyyə edib.

Renan sosial şəbəkədəki hesabında paylaşımında hədiyyəyə görə "Qarabağ"ın yarımmüdafiəçisinə təşəkkürünü bildirib.

Milli.Az

"Qarabağ" futbolçusundan "Kəpəz" futbolçularına hədiyyə - FOTO