Bakıda 13 il əvvəl qətl törədib, Rusiyada həbs edilən Akif Əmiraslanovun barəsində cinayət işinin istintaqı başa çatıb.
Lent.az-ın məlumatına görə, artıq cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun icraatına verilib.
Qeyd edək ki, A.Əmiraslanov 2003-cü ildə Suraxanı rayonu ərazisində qətl hadisə törədib. O, istintaqdan yayınaraq Azərbaycanı tərk edib. Hüquq-mühafizə orqanları tərfindən İnterpol xətti ilə axtarışa verilib. Bu il A.Əmiraslanov Rusiyanın Volqoqrad şəhərində saxlanılıb və Azərbaycana ekstaradisiya edilib.