Antalyada 50 yaşlı Vahittin Ergün evinin qarşısında zibil konteynerinin yanında üstünə benzin tökərək özünü yandırıb.
Milli.Az Milliyet-ə istinadən bildirir ki, Ergünün zibil konteynerinə söykədiyi qoltuq ağacına ilişdirdiyi məktubu tapılıb.
Hadisə yerinə gələn polislər məktubun prokurorluğa xitab olaraq yazıldığını müəyyən ediblər: "Məni öldürəcəkdilər" ifadələri ilə başlayan məktubda, bəzi şəxslərin adlarını verdiyi və "Hörmətli prokuror bu adları mühakimə edin. Bu qədər" sözləri ilə "mesajını" bitirib.
Polis intiharla bağlı istintaqa başlayıb.
Təhməz Təkin
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:





