Qatarın altında qalan avtomobillə bağlı RƏSMİ MƏLUMAT

Qatarın altında qalan avtomobillə bağlı RƏSMİ MƏLUMAT
12:19 3 Noyabr 2016
54 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhəri ərazisindəki qorunmayan keçiddə baş verən qəza hadisəsi ilə bağlı rəsmi məlumat yayılıb.

 

Lent.az-ın Daxil İşlər Nazirliyinin ( DİN) saytına istinadən məlumatına görə, bu gün Sumqayıt şəhəri ərazisindəki qorunmayan keçiddə şəhər sakini İldırım Muradov idarə etdiyi "VAZ-2104" markalı avtomobili teplovoza vurub.

 

Hadisə nəticəsində onun sərnişini Abuzər Qocayev hadisə yerində ölüb.

 

Qeyd edək ki, faktla bağlı Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258447

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR