Rusiyada hər 10 nəfərdən biri QİÇS-lidir: bəla Azərbaycana da keçə bilərmi?

Rusiyada hər 10 nəfərdən biri QİÇS-lidir: bəla Azərbaycana da keçə bilərmi?
14:12 3 Noyabr 2016
58 Dünya
Ölkə mətbuatı
A- A+

"Rusiya şokdadır"... Bu ifadə Rusiyanın kütləvi informasiya vasitələrində son günlərdə sürəkli təkrarlanır. Səbəb isə Yekaterinburq şəhərindəki situasiyadır.

Bu şəhərdə QİÇS/HİV epidemiyası elan olunub. Virus şəhər sakinlərinin 1,8 faizində, yəni 27 min yekaterinburqluda aşkarlanıb. Ümumiyyətlə isə Sverdlovsk vilayəti QİÇS virusunun daşıyıcılarının sayına görə Rusiyada birinci yerdədir.

Rusiyada HİV/QİÇS virusu infeksiyasının "partlayış"ları 10 regionda qeydə alınıb. Bu ölümcül, hələlik müalicəsi olmayan xəstəliyə yoluxanların təxminən yarısı hansı bəlaya düçar olduqlarından xəbərsizdir.

Böyük bəla irəlidədir?

Rusiyanın QİÇS-lə mübarizə və xəstəliyin profilaktikası üzrə Federal Metodiki Mərkəzinin direktoru, Rusiya Mərkəzi Epidemiologiya İnstitutunun direktor müavini Vadim Pokrovskinin dediyinə görə, QİÇS epidemiyası əslində bütün Rusiyaya yayılıb.

"Sadəcə, yalnız Sverdlovsk regionunun rəhbərliyi bunu aşkar söyləməyə özündə cəsarət tapıb. Bizdə olan məlumatlara görə, daha çox şəhər sakinləri QİÇS-ə yoluxublar. Şəhər sakinlərinin kənd sakinlərindən çox olduqları yerlərdə, yəni Uralda, Sibirdə, Volqaboyunda QİÇS-ə yoluxanların sayı daha artıqdır. Bu isə Rusiyanın Səhiyyə Nazirliyinin etiraf etmək istəmədiyi, lakin ölkəni başına alan epidemiyanın göstəriciləridir", - V.Pokrovski söyləyib.

Onun sözlərinə görə, hazırda Rusiya əhalisinin 1 faizi QİÇS/HİV virusuna yoluxub. 30-40 yaşlılar arasında isə bu göstərici 2,5 faizə bərabərdir.

V.Pokrovski bildirib: "Hazırda ölkə üzrə hər gün 270 QİÇS-ə yoluxma faktını qeydə alırıq. Hər gün QİÇS-dən 50-60 nəfər ölür. Epidemiyanın olduğunu demək üçün bundan başqa nə lazımdır?!"

V.Pokrovskinin qənaətinə görə, QİÇS-lə mübarizə sahəsində əsas problemlərdən biri dərman preparatlarının çatışmazlığıdır: "İndi 800 mindən artıq QİÇS daşıyıcısını müalicə etməliyik. QİÇS-ə yoluxmuş 200 min nəfər ölüb. 500 min nəfərə isə diaqnoz qoyulmayıb".

Sverdlovsk vilayət səhiyyə idarəsi sədrinin birinci müavini Tatyana Savinova isə Yekaterinburq şəhərinin hər 50 sakinindən birində QİÇS olduğunu deyib.

"Şəhərdə QİÇS-ə yoluxmaqla bağlı 26693 fakt qeydə alınıb. Yəni Yekaterinburq sakinlərinin təxminən 2 faizi QİÇS daşıyıcısıdır. Şəhərin Jeleznodorojnı rayonunda isə göstərici 2 faizdən də artıqdır. QİÇS-ə yoluxanların təqribən 52 faizi bu bəlaya narkotik maddələr qəbul etmək və ya venadaxili inyeksiyalar səbəbindən, 46 faizi isə cinsi yolla yoluxub. İndi xəstiəlik məhz cinsi yolla yoluxmalar hesabına artır", - T.Savinova bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) kriterilərinə görə, əgər hər hansı bölgədə sakinlərin 1 faizindən çoxunda virus aşkarlanıbsa, orada "ciddi epidemiya mərhələsi" elan olunmalıdır. Yəni xəstəlik uzun müddətdən bəri dövr etdiyi risk qrupundan çıxaraq yayılmaqdadır.

Yekaterinburq meriyasından verilən məlumata görə, şəhərdə kimsə QİÇS epidemiyasını rəsmən elan etməyib.

T.Savinova da söyləyir ki, QİÇS-in ciddi epidemiya mərhələsi dünən başlamayıb və bu barədə danışmağın mənası yoxdur.

Çünki QİÇS qrip təki mövsümi xəstəlik deyil.

Rusiyanın Dövlət İstehlak və Sanitar Nəzarəti Xidmətinin dünən yaydığı açıqlama isə qorxuncdur.

Sənəddə deyilir: "Hazırda Rusiyanın Kemerovo, Leninqrad, Çelyabinsk, Orenburq, Ulyanovsk, Novosibirsk, Murmansk, Omsk, İvanovo, Tver, Kurqan, Tomsk, İrkutsk, Tümen vilayətlərində, Perm və Altay diyarlarında, Xantı-Mansı Muxtar Dairəsində əhalinin 1 faizindən artığı QİÇS-ə yoluxub. Samara və Sverdlovsk vilayətlərində vəziyyət daha ağırdır. Bu bölgələrdə hamilə qadınların 2 faizində QİÇS aşkarlanıb".

Ümumiyyətlə isə Rusiyada QİÇS/HİV virusuna yoluxanların sayı 1 milyondan artıqdır. 500-800 min rusiyalı isə QİÇS xəstəsi olduqlarını bilmir, çünki özlərini risk qrupuna şamil etmirlər və indiyədək bir dəfə də müvafiq müayinədən keçməyiblər.

Çox ağır situasiya yaranıb

Rusiyada indiyədək QİÇS/HİV virusu cəmiyyətin marginal təbəqəsinin mənsublarının, yəni narkomanların, fahişələrin, homoseksualların xəstəliyi sayılırdı. Fəqət "ciddi epidemiya mərhələsi" kateqoriyası isə ölkədə artıq hər kəsin QİÇS-ə yoluxmaq təhlükəsi riski ilə yaşadığını göstərir.

QİÇS qrip deyil və hava yolu ilə ötürülmür. Bu səbəbdən də ölümcül xəstəliyə yoluxmamaq üçün risk qrupuna şamil edilən insanlarla ünsiyyətdən qaçmaq artıq yetərli deyil. Çünki kimsə qarşısındakı insanın QİÇS xəstəsi olub-olmadığını bilmir.

Halbuki Rusiyada 30-35 yaşlı hər 40 kişidən biri QİÇS-ə yoluxub. 21-40 yaşlı kişilər arasında isə bu göstərici bölgələrdən asılı olaraq hər 20 nəfərdən biri səviyyəsinədək artır.

Ona görə də Rusiyada QİÇS-ə yoluxmaq riski, təhlükəsi çox böyükdür.

Rusiyada həkimlər bildirirlər ki, xəstəxana, poliklinika və klinikalara müraciət edəndə də ehtiyatlı olmaq gərəkdir. Rusiyanın Federal  QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzinin məlumatına görə, ölkədə xəstəxanalarda QİÇS-ə yoluxmaqla bağlı 10 fakt qeydə alınıb: "Bu yoluxmalar istənilən bölgədə qeydə alına bilər. İş ondadır ki, xəstəxanalarda qənaət məqsədilə şpripslərdən və sterilləşmə tələb edən tibbi avadanlıqdan bir yox, bir neçə dəfə istifadə olunur".

Mərkəz onu da bəyan edib ki, Rusiyada QİÇS-ə yoluxanların sayı hər il 10 faizədək artır, hər gün 270-dək yoluxma faktı qeydə alınır, hər gün QİÇS-dən 50-60 nəfər ölür.

Rusiyada bu ölümcül xəstəliyə yoluxanların sayı Fransa ilə müqayisədə 2, Almaniya ilə müqayisədə isə 10 dəfə çoxdur.

Rusiyanın səhiyyə naziri Veronika Skvortsovanın dediyinə görə, ölkədə müalicə-profilaktika tədbirləri gücləndirilməzsə, 2020-ci ildə QİÇS epidemiyası nəzarətdən çıxaraq ümummilli fəlakətə, faciəyə çevrilə bilər.

BMT ekspertləri hesab edirlər ki, QİÇS-in yayılmasını "90-90-90" formulu ilə dayandırmaq olar.

Yəni QİÇS-ə yoluxanların 90 faizi xəstələndiklərini bilməli, onların ən azı 90 faizi müalicə edilməlidir. Belə olarsa QİÇS-ə yoluxanların 90 faizi ətrafdakı insanlar üçün təhlükəli olmayacaq.

Lakin hazırda Rusiyada vətəndaşların cəmi 19 faizi zəruri QİÇS testlərindən keçib, QİÇS xəstələrinin isə vur-tut 30 faizi zəruri dərman preparatları alıblar.

Ölkədə QİÇS bəlası ilə effektiv mübarizə aparmaq üçün ildə ən azı 100 milyard rubl xərclənməlidir. Halbuki Rusiyanın 2017-ci il üçün təsdiqlənmiş dövlət büdcəsində bu sahəyə cəmi 18 milyard rubl ayrılıb.

Bəlkə də məhz bu səbəbdən Yekaterinburqda QİÇS epidemiyası barədə məlumatlar yayılandan sonra Rusiyanın baş naziri Dmitri Medvedyev QİÇS və B hepatitinə yoluxmuş insanlar üçün dərman preparatlarının alınmasına əlavə olaraq 2,8 milyard rublun ayrılmasına göstəriş verib.

"Hər yer belədir"

QİÇS epidemiyasının tüğyan etdiyi Yekaterinburq şəhərinin meri Yevgeni Royzman deyir: "Bizdə belə xəstələrin aşkarlanma faizi çox yüksəkdir. Yəni problemin həlli ilə məqsədyönlü şəkildə məşğul oluruq. Güclü, peşəkar həkimlərimiz, effektiv aşkarlanma proqramlarımız var. Yekaterinburqda əhalinin 24 faizi müayinə olunub. Halbuki Rusiya üzrə bu göstərici 15 faizdən artıq deyil. Əgər Novosibirsk, Saratov, Samara, Tver və ya başqa yerlərdə müayinə faizləri bizdəki kimi olsaydı, oralarda vəziyyətin bizdən qat-qat pis olduğu aşkarlanardı".

Hazırda dünyada yalnız iki ölkədə QİÇS-ə yoluxma halları sürətlə artır.

Həmin ölkələr Ukrayna və Rusiyadır.

Nə etməli?

Mütəxəssislər hesab edirlər ki, QİÇS-lə mübarizənin ən effektiv yolu əxlaq və mənəviyyatdır.

Bir çox ölkələrdə QİÇS-lə mübarizəyə yönəlmiş sosial reklamların leytmotivi belədir: "Ailənə xəyanət etmə, əxlaqlı ol!" Prezervativlərin reklamı isə əsla effektiv deyil.

Məsələn, Afrikada iki qonşu ölkədə, Uqandada və Botsvanada QİÇS-in profilaktikası və bu bəla ilə mübarizədə iki fərqli taktikadan istifadə olunub.

Uqandada sosial reklamlarda və təbliğatda mənəviyyat amilinə, Botsvanada isə prezervativlərdən istifadənin vacibliyinə üstünlük verilmişdi.

Sonuclar belədir: Uqandada 1990-cı ildən bəri QİÇS-ə yoluxma faktları 3 dəfə azalıb, Botsvanada isə 8 dəfə artıb.

Və bizdə...

Azərbaycanda qeyd olunan QİÇS-ə  yoluxma hallarının 30,3%-i, 1987-2014-cü illər ərzində isə aşkar olunan halların 53,8%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumata görə, Azərbaycanda ilk dəfə QİÇS infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2014-cü ilin sonunadək 4902 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 4735 nəfəri (96,6%) Azərbaycan vətəndaşı, 167 nəfəri (3,4%) isə əcnəbidir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3597-si (76,0%) kişi, 1138-i (24%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 1519 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1495 nəfərdir. İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 681 nəfər, onlardan Azərbaycan vətəndaşların sayı 671 nəfər olub.

4735 nəfər Azərbaycan vətəndaşından 2587-də (54,6%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1661-də (35,1%) heteroseksual, 61-də (1,3%) isə homoseksual kontakt nəticəsində, 83-də (1,8%) anadan uşağa keçməklə, 1-də (0,02%) donor qanının köçürülməsi nəticəsində baş vermişdir; 342 nəfərdə (7,2%) yoluxma yolu naməlumdur.

Rusiyadakı QİÇS infeksiyasının yayılma sürətinin artdığını nəzərə alsaq, Azərbaycanda bu bəlanın profilaktikası və mübarizəsi daha da aktivləşməlidir.

Orxan Hun

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

12 yaşından evlənənə qədər hər gün eyni şeyi təkrarladı -

19 Sentyabr 2017 19:16

Bakıda xəstəxanada insident: mühafizəçinin köynəyini cırdılar

19 Sentyabr 2017 19:14

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

19 Sentyabr 2017 19:08

Natavan Dado ilə reklama üçün evlənib? - AÇIQLAMA

19 Sentyabr 2017 18:59

Bakı-Supsa kəmərindən neft oğurlamaq istədilər

19 Sentyabr 2017 18:58

Gənc Tamaşaçılar Teatrı oktyabeda beynəlxalq festivalda iştirak edəcək

19 Sentyabr 2017 18:57

Prezident ailəsi ilə bağlı heç kimin bilmədiyi 7 MARAQLI MƏQAM - FOTO

19 Sentyabr 2017 18:48

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

19 Sentyabr 2017 18:42

Aleksandr Plemakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi

19 Sentyabr 2017 18:36

Azərbaycanın neft sənayesi işçiləri mükafatlandırıldı

19 Sentyabr 2017 18:31

Rusiya təlimlərdə raketi səhv ünvana atdı

19 Sentyabr 2017 18:30

BMT Baş Assambleyasının 72-ci sessiyasında müzakirələr başlayıb

19 Sentyabr 2017 18:27

"Mamaroza" qalmaqalı böyüdü: Kərimlə evli olanda, başqa kişi ilə...

19 Sentyabr 2017 18:24

Ərdoğan Əsədlə görüşəcəkmi? - RƏSMİ AÇIQLAMA

19 Sentyabr 2017 18:23

Aleksandr Plemakova Prezidentin fərdi təqaüdü veriləcək

19 Sentyabr 2017 18:22

Əsrarəngiz görüntünün sirri hələ də tapılmır

19 Sentyabr 2017 18:19

Xarici işlər nazirləri görüşə bilər

19 Sentyabr 2017 18:14

Sabunçuda mənzildə meyit aşkarlandı

19 Sentyabr 2017 18:09

Prezident bir qrup şəxsi təltif etdi - SİYAHI

19 Sentyabr 2017 18:08

Dilqəm Əsgərovun oğlundan ATƏT-in iclasında TƏSİRLİ SÖZLƏR: "Mən də atamı..." - VİDEO

19 Sentyabr 2017 18:08

Azərbaycanın neft sənayesi işçilərinə fəxri adlar verilib

19 Sentyabr 2017 18:07

Bakıda mənzildə 62 yaşlı kişinin meyiti tapılıb

19 Sentyabr 2017 17:59

Qarabağla bağlı Nyu-York görüşü sentyabrın 23-də ola bilər

19 Sentyabr 2017 17:58

"Caspian European Club"un İdarə Heyətinə seçkilərin vaxtı dəyişdirilib

19 Sentyabr 2017 17:57

Azərbaycanda müasir toxum istehsalı kompleksi tikilir

19 Sentyabr 2017 17:57

Xəsarət alanlara tibbi yardım göstərilib

19 Sentyabr 2017 17:56

Bülənt Ərsoy illər sonra çimərlik geyimində - FOTOLAR

19 Sentyabr 2017 17:54

MDB ölkələri XİN mətbuat xidmətlərinin nümayəndələri təcrübə mübadiləsinə dair razılığa gəliblər

19 Sentyabr 2017 17:47

Aliyə Əzimova: "IFC və SECO Azərbaycanda yeni layihə həyata keçirməyi planlaşdırır"

19 Sentyabr 2017 17:47

Dolların məzənnəsi: Hər kəs dekabr ayını gözləyir

19 Sentyabr 2017 17:46

Azərbaycan 200 manatlıq əsginas buraxa bilər

19 Sentyabr 2017 17:42

Ukrayna birjasında Azərbaycan neftinin yekun satış hərracı keçirilib

19 Sentyabr 2017 17:42

“Barselona”nın 105 milyon avroluq yeni transferi 3,5 ayadək sıradan çıxıb

19 Sentyabr 2017 17:42

Prokuror tanışının gözünü daşla çıxaran şəxsə cəza istəyib

19 Sentyabr 2017 17:42

ASAN Radio YENİ MÖVSÜMDƏ

19 Sentyabr 2017 17:39

Cizgi filmləri uşaqları necə məhv edir- Psixoloq RƏYİ

19 Sentyabr 2017 17:38

Alimlər məlumatların optik çiplərdə saxlanılması üsulunu təklif ediblər

19 Sentyabr 2017 17:35

Azərbaycanın Dünya Bankına üzvlüyünün 25-ci ildönümü münasibətilə buraxılan markalar imzalanıb və möhürlənib

19 Sentyabr 2017 17:35

İsrail ordusu Suriya ilə sərhəddə pilotsuz aparatı vurduğunu bəyan edib

19 Sentyabr 2017 17:32

Ramil Usubov Rusiya DİN-in nümayəndələri ilə görüşüb

19 Sentyabr 2017 17:32

Belçika sahilində 70 il əvvələ aid sualtı gəmi AŞKAR EDİLDİ – 23 cəsəd...

19 Sentyabr 2017 17:28

Ədliyyə naziri Samuxda vətəndaşları qəbul edəcək

19 Sentyabr 2017 17:22

Sentyabrın 20-nə manatın məzənnəsi

19 Sentyabr 2017 17:22

Referendumun təxirə salınması üçün Ankaradan SON TƏKLİF

19 Sentyabr 2017 17:18

Manatın sabaha olan MƏZƏNNƏSİ

19 Sentyabr 2017 17:18

Sumqayıtda başlayacaq, Qəbələdə bitəcək

19 Sentyabr 2017 17:17

Kosmetika zavodundakı yanğın söndürüldü

19 Sentyabr 2017 17:17

"ÜAK-la bağlı qərar fəaliyyətimizin zəifləməsinə səbəb olmayacaq" - Komitə sədri

19 Sentyabr 2017 17:14

Nazim İbrahimov: “Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyasının qərarı təəssüf doğurur”

19 Sentyabr 2017 17:12

Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb

19 Sentyabr 2017 17:12